AZ

20 manat ödəməklə tarixə düşmək olar

2-ci liqa klublarından “Sheki City” vaxtaşırı kreativ addımlarla gündəmə gəlir.

Məsuz Özillə bağlı təşəbbüsün ardından indi də “Şəki üçün yaşıl gələcək” aksiyasına start verilib. Klub sosial şəbəkədə bununla bağlı elan paylaşıb:

“Şəkinin təbiətini gözəlləşdirmək və eyni zamanda klubumuza dəstək olmaq üçün yeni bir təşəbbüs başladırıq. Bir xeyirxah dostumuz bizə 200 ədəd şam ağacı hədiyyə edib. Bu ağacları şəhərimizdə planlanan bir ərazidə əkib yaşıl bir mühit yaratmağı düşünürük. Sizə isə bir fürsət təklif edirik: 20 manata bir şam ağacı alın və bu ağacı biz sizin adınızdan təbiətə bəxş edək. Hər ağacın yanında adınız yazılmış kiçik lövhəcik olacaq. Bu yolla həm komandanızı dəstəkləmiş olacaqsız, həm də gələcək nəsillər üçün yaşıllıq bir ərazi yaratmağımıza kömək edəcəksiz. 20 manat şəhərimizin futbol klubuna və şəhərimizə nəfəs verin, adınızı gələcəyin yaşıl ağaclarına həkk edin”.

Klub prezidenti Elgün Hüseynovdan aldığımız bilgiyə görə, indiyə qədər 35 ağac satılıb. Ağacları əkməyə yer üçün yerli icra orqanlarına müraciət olunub. Ərazi məlum olan kimi yenidən aktiv formada aksiya davam etdiriləcək.

ƏSƏD SEYİDOV
Seçilən
27
football-plus.az

1Mənbələr