AZ

Tramp “erməni səsi” üçün daha bir cəhd etdi

ABŞ-da prezident seçkilərinə sayılı günlər qalmış Donald Tramp Kilikiyanın Böyük Evinin katolikosu I Arama zəng edib.

Axar.az xəbər verir ki, “Sputnik Ermənistan” Trampın “Qarabağ ermənilərini dəstəklədiyini” bildirdiyini yazıb. Tramp qeyd edib ki, regionda sülh və sabitlik vacibdir.

Bunun ardınca isə Tramp dərhal öz marağını ifadə edib, ABŞ-dakı erməni icmasının rolunu yüksək qiymətləndirib, onun birliyini və ölkənin həyatına əhəmiyyətli təsirini vurğulayıb.

Xatırladaq ki, bu, son iki həftədə Trampın ermənilərlə bağlı ikinci cəhdidir. O, ABŞ seçkilərində erməni icmasının səsini almağa çalışır. Buna baxmayaraq, Ermənistan və erməni icması demokratlara dəstək verirlər və bunu açıq şəkildə nümayiş etdirirlər.

Seçilən
23
1
axar.az

10Mənbələr