1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Hürriyet"ə müsahibəsində deyib.
"Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Dost ancaq həqiqəti deyir, biz belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər.
"Hər iki tərəf münaqişədə uduzan tərəf hesab edilmək istəmir; Rusiya və Ukrayna arasında ümumi dil axtarışları davam edir".