Dünyaca məşhur türkiyəli aşpaz CZN Burak (Burak Özdemir) verilişlərin birində verdiyi açıqlama ilə gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı açıqlamalar verib:
"Sevgilim var idi, birlikdə soğan soyub ağlayırdıq, sonra gülürdük, əylənirdik. Belə deyəndə də bir az qəribə olur. Amma başqa bir sevgilim var idi, gəl soğan soyaq dedim. Məndən ayrıldı". (axşam.az)