AZ

Yalnız qız övladı olan valideyinlər pensiyaya erkən yaşda çıxa bilər - AÇIQLAMA

Hər ailə oğlan övladına sahib olmur. Sadəcə qız övladı olan ailələr də çoxdur. Nəzərə alsaq ki, oğlan övladı olanlar yaşa dolduqca onlar tərəfindən dəstək görür. Eyni zamanda qızlar daha tez yaşda ailə qurur və ya onların qazancı bir o qədər də yaxşı olmaya bilir. Bu səbəbdən də çox zaman onların valideyinlərinə maddi yardım etməkləri alınmır.

Bunları nəzərə alarsaq sadəcə qız övladları olan valideyinlər daha erkən yaşda pensiyaya çıxa bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Əhməd Qəşəmoğlu danışdı .

O, açıqlamasında bildirdi ki, aktual mövzudur və bu istiqamətdə xüsusi qanun layihələri qəbul edilə bilər:

"Çox düşündürücü və aktual mövzudur. Çünki Azərbaycan xalqı kimi spesifik xüsusiyyətləri olan xalqlarda bu məsələyə diqqətli olmaqda ehtiyac var. Bəzi xalqlar var ki, orada valideyinə münasibətlə bağlı qız və oğlan arasında fərq yoxdur. Amma bizim xalqlar kimi xalqlarda oğul və qız valideyini olmaq arasında fərq var. Buna bəzi ailələrdə fərq daha ciddi görünə , bəzilərində isə o qədər də əhəmiyyət daşımaya bilər. Bu səbəbdən də düşünürəm ki, Azərbaycan və onun kimi xalqlarda konkret olaraq təqaüd məsələlərinə defirensiyal yanaşmağa ehtiyac var. Hər dəfə bu vəziyyət ciddi şəkildə təhlil oluna bilər və burada öncədən deyilə bilər ki, dövlət orqanlarına qarşı fırıldaq, kələk gəlmək motivlərinə qarşı elə bir cərimələr də ola bilər. Bu məsələlərdə ciddi bir münasibət olmalıdır. Azərbaycanda oğlan övladı olanlarla, qız övladı olanlar arasında müəyyən bir fərqli yanaşmaya ehtiyac var. Daha sonra bu istiqamətdə xüsusi qanun lahiyələri də ola bilər. Məsələn, indiki vaxta biri var 1-2 oğlun olsun, biri də var ancaq qızın olsun və onların sənə sonra heç bir maddi dəstəyi dəyməsin. Ona görə də, bu məsələ diqqət mərkəzinə çəkilməli, təhlil olunmalı və Azərbaycanda xüsusi bir mexanizm yaranmalıdır. Yəni, bu indiki vaxtda bu "çiy" vəziyyətdədir. Düşünürəm ki, bu məsələ xeyli aktualdır və ciddi diqqətə, nəticələr çıxarmağ böyük ehtiyac var".


Seçilən
19
news24.az

1Mənbələr