Ötən gün İranda ABŞ-nin Tehrandakı səfirliyinin işğal edilməsinin 45-ci ildönümü ilə əlaqədar hökumətyönlü kütləvi nümayişlər baş tutub.Tehranda keçmiş Amerika diplomatik missiyasının binası yaxınlığında toplaşan nümayişçilər “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndiriblər. Qeyd edək ki, 1979-cu il noyabrın 4-də bir qrup radikal tələbə ABŞ-nin Tehrandakı səfirliyinə basqın edərək, səfirliyin 52 əməkdaşı 444 gün girov götürülüb. Bu hadisə tarixə “İranda girov böhranı” kimi düşüb.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçiriblər
Livanda “Hizbullah”ın daha iki səhra komandiri məhv edilib
Nərimanov rayonunda təkər və məişət tullantıları yanıb