AZ

"Təbrik Palace" şadlıq evində kütləvi dava-POLİS HƏRƏKƏTƏ KEÇDİ

Bakının Xətai rayonunda kütləvi dava baş verib.

Xəbər verilir ki, hadisə Məhəmməd Hadi küçəsində yaşanıb.

"Təbrik Palace" şadlıq evində toy məclisi zamanı tərəflər arasında dava düşüb. Dava kütləvi hal alıb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirilib ki, hadisə ilə bağlı artıq ərazi üzrə müvafiq polis şöbəsində araşdırmalar başlayıb.

Qeydə alınan insidentdə iştirak edən şəxslər müəyyən olunub və izahatları alınıb.(APA)



Seçilən
2
9
azia.az

10Mənbələr