AZ

Osman Nərimanoğlu yenidən məhkəmə qarşısında

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.   

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 6-na təyin edilib.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: Osman Nərimanoğlu 2022-ci ildə həbs edilmişdi. İttihama görə, Nərimanoğlu Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərov və daha 4 nəfər barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb etdiyinə görə tutulmuşdu.

 

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

 

Kamal Məmmədov

Tarix: 4 Noyabr 2024, 10:05   
Seçilən
21
pravda.az

1Mənbələr