İdman jurnalisti Niko Celev millimizin və "Nürnberq"in futbolçusu Mahir Emreli haqda danışıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı həmkarımız hücumçunun vaxtilə Mədətov soyadını daşımasıyla bağlı məlumatı bölüşüb:
"Bunu Almaniyada bilmirlər, amma Mahirin kiçik sirri var. Azərbaycanlı ilk qollarını Mədətov soyadıyla vurub.
Emreli onun anasının soyadıdır. O, 2019-cu ildə atasının başqa qadınla ailə həyatı qurmağa hazırlaşmasına etiraz əlaməti kimi soyadını dəyişməyə qərar verib.
Qeyri-adi, amma qanuni dəyişiklik... Mahir isə çox yaxşıdı. Adı nə olur-olsun".