İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində 9 nəfər həyatını itirib.
NOCOMMENT.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyindən bildirilib.
Məlumata görə, ölkənin ucqar yerlərindən sayılan Floresdə yerləşən Levotobi Laki-Laki dağında vulkan püskürməsi baş verib.
Püskürmədən sonra lava axınının çatdığı yaxınlıqdakı kənddə bir neçə ev yanıb. Səlahiyyətlilər 8 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə itkin düşdüyünü bildirib.
Ötən həftədən bəri səlahiyyətlilər Levotobi Laki-Laki dağı üçün xəbərdarlıq statusunu ən yüksək səviyyəyə qaldırıblar. Vulkan keçən həftədən hər gün havaya iki min metrə qədər qalın qəhvəyi kül püskürür.
Sakit okean hövzəsinin “Alov Halqası” zonasında olan İndoneziyada 130 aktiv vulkan var.