Tamstore marketlər şəbəkəsi artıq bir yaşını qeyd edir.
Şəbəkənin yaydığı məlumatda bildirilri ki, marketlər şəbəkəsi 1 yaşına özəl bütün mağazalarda 5-9 noyabr tarixi aralığında 5 gün 5 gecə 365 məhsulda tam 50 faiz endirim təklif edəcək. Bu endirimlərlə paralel ət, toyuq, süd məhsulları, meyvə və tərəvəz, düyü, təmizlik vasitələri, kolbasa və sosislər, kərə yağı, şirniyyatlar, içkilər və əlavə minlərlə məhsulda müxtəlif endirimlər olacaq.
Endirimlər barədə məlumatı şirkətin sosial şəbəkələrindən izləyə bilərsiniz.
Qeyd edək ki, Tamstore marketlər şəbəkəsi 2023-cü ildə fəaliyyətə başlayıb. 2024-cü ildə Bakı və Azərbaycanın müxtəlif bölgələrində 60-a qədər filialın açılışını tamamlamağı planlaşdırıb. Bundan başqa şirkət 2025-ci ildə daha 50 market açaraq, filial sayını 100-ə çatdıracaq. Hal-hazırda 3000 nəfər əməkdaşı olan şirkət, 2025-ci il üçün əlavə olaraq 4000 yeni iş yeri açmağı planlaşdırır.