Aktual.az xəbər verir ki, burada Formula-1 Qran Pri yarışlarının keçiriliməsinə xidmət edən qurğular tamamilə sökülüb və ərazidən yığışdırılıb.
Qeyd edək ki, hər il keçirilən Formula-1 yarışları başa çatandan sonra Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış beton sədlər sökülsə də, Azadlıq meydanındakı tikiliyə toxunulmur və növbəti ilə saxlanılırdı. Nəhayət, həmin tikili də bütünlüklə sökülüb və Azadlıq meydanı tam şəkildə boşaldılıb.
Məlumata görə, Azadlıq meydanında aparılan təmizlik işləri 11-22 noyabr tarixləri aralığında Bakıda keçiriləcək COP29 tədbirilə əlaqədardır.
Xatırladaq ki, Formula-1 yarışlarının keçiriləməsi üçün müəyyənləşdirilən yol - Bakı Şəhər Halqası Azadlıq meydanından başlayır. Belə ki, Azadlıq meydanından baylayan Formula-1 treki Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Formula-1 Azərbaycan Qran-Prisi daha 2 il Bakıda keçiriləcək. Yarışın Azərbaycanla bağlı müddəti 2026-cı ildə başa çatmalıdır.