Bu gün Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiya keçiriləcək
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, noyabrın 4-də yerli vaxtla saat 19:00-da Tbilisidə, Rustaveli prospektində parlament seçkilərinin nəticələri ilə bağlı etiraz aksiyası keçiriləcək. Aksiyanın təşkilatçısı müxalifət partiyalarının birliyidir.
Müxalifət liderləri bir neçə gün əvvəl etiraz aksiyası elan ediblər.
Oktyabrın 31-də müxalifət birliklərinin nümayəndələrinin keçirdiyi birgə mətbuat konfransında “Güclü Gürcüstan” liderlərindən biri Anna Dolidzenin dediyi kimi, məhz bugünkü aksiyada müxalifətin fəaliyyət planı açıqlanacaq.
QAZİLER.AZ