AZ

Bəyannamə təqdim etməyən 677 məzun həmin dövrdə işləmiş kimi nəzərə alınıb

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş məlumat bazasına əsasən 20920 nəfərin “Vergi ödəyicilərinin dövlət reyestri”ndə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud olmayıb.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində  əksin tapıb.

Qeyd edilib ki, 949 nəfərin vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi cari dövrdə aktiv olub, 1614 nəfərdə fəaliyyət dayandırılıb, 307 nəfərdə isə ləğv edilib: “Bildiririk ki, cari dövrdə fəaliyyətin dayandırılması və ya ləğv edilməsindən asılı olmayaraq məzun olduqları tarixdən 2022-ci ilin sonunadək fəaliyyətin olması barədə bəyannamə təqdim edən bütün məzunların məlumatları təhlildə nəzərə alınıb, eyni zamanda cari dövrdə fəaliyyəti aktiv olan, lakin 2020-2022-ci illərdə fəaliyyətinin olması barədə bəyannamə təqdim etməyən 677 məzun həmin dövrdə işləmiş kimi nəzərə alınıb”.

 

Seçilən
15
heftelik.az

1Mənbələr