AZ

Moldova MSK: Prezident seçkiləri ciddi pozuntular olmadan keçirilib

Moldova MSK: Prezident seçkiləri ciddi pozuntular olmadan keçirilib

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman bildirib ki, noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunda ciddi qanun pozuntusu qeydə alınmayıb."Seçkilər azad şəraitdə və ciddi insidentsiz keçdi. Lakin gün ərzində Baş Polis Komissarlığı tərəfindən 225 hadisə və qanun pozuntusu ilə bağlı məlumat verildi" - deyə Karaman qeyd edib. Bildirib ki, onların arasında bülletenlərin fotoşəkillərinin çəkilməsi, təbliğat-təşviqat işlərinin aparılması və seçicilərin daşınması, bülletenlərə ziyan vurulması olub: "Bundan əlavə, Balti və Anenii Noi şəhərlərindəki seçki məntəqələrində səsvermə möhürləri itirilib".Anjelika Karamanın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası da ilk dəfə olaraq anonim zənglər kimi problemlə üzləşib. Bu səbəbdən xaricdəki altı seçki məntəqəsində və tanınmamış Dnestryanı bölgənin sakinləri üçün iki seçki məntəqəsində səsvermə prosesi dayandırılıb. Dnestr çayı üzərindən körpü ilə Pridnestroviyalılar üçün nəzərdə tutulan ərazilərə gediş də əngəllənib.

Seçilən
11
1
afn.az

2Mənbələr