AZ

Rusiyadan kənarda yeganə Lenin muzeyi 78 illik fəaliyyətindən sonra bağlanıb

Finlandiyanın Tampere şəhərindəki Lenin Muzeyi bağlandığını elan edib. Bu, Oktyabr İnqilabı liderinin Rusiyadan kənarda yerləşən yeganə muzeyidir. 1946-cı ildən işləyir.

Bildirilir ki, Finlandiya hakimiyyəti 2025-ci ilin əvvəlində həmin binada Finlandiya ilə Rusiya arasında münasibətlərin tarixinə həsr olunmuş müasir siyasi tarix muzeyi açmağa hazırlaşır.

İosif Stalin və Vladimir Leninin 1905-ci ildə ilk dəfə görüşdüyü Tampere Fəhlə Evində Lenin Muzeyi 1946-cı ilin yanvarında açılıb. Bu günə qədər Rusiyadan kənarda fəaliyyət göstərən yeganə daimi Lenin muzeyi idi.

Aprel ayında muzeyin direktoru Kalle Kallio, muzeyin bağlanması planlarından danışmışdı.

“Əvvəlki ad artıq sərgimizin məzmununa uyğun gəlmir, ziyarətçiləri çaşdırır və anlaşılmazlığa səbəb olur”, o, sərginin bağlanmasının səbəbini açıqlayıb.

Almaz Həsənli

Seçilən
12
oxumeni.az

1Mənbələr