“Qalatasaray”ın hücumçusu Viktor Osimhenin son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, ağrıları olan oyunçu komanda ilə məşqlərdə iştirak etməyib. O, tək başına çalışır.
Nigeriyalı forvardın durumunun ciddi olmadığı bildirilir. O, ayın 7-də Avropa Liqası Liqa mərhələsinin IV turunda “Tottenhem”ə qarşı görüşdə meydanda olacaq.
“Napoli”dən icarə əsasından heyətə cəlb edilən Osimhen 7 oyunda 4 qol vurub, 4 assit edib.