AZ

Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqlarını qoruyaq, erkən nikaha YOX deyək!” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, İH yanında İctimai Şuranın sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, həkimlər, valideynlər, uşaq və yeniyetmələr iştirak ediblər.

Uşaq hüquqları haqqında Konvensiyanın 35-ci ildönümü ilə əlaqədar olaraq Ombudsman tərəfindən hər il olduğu kimi bu ildə ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edilməsinin əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən danışılıb. Ümummilli Liderin əsasını qoyduğu ailə siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilməsi barədə geniş məlumat verilib. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğu qeyd edilib. Azərbaycanın qadın və uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulduğu vurğulanıb. Erkən yaşda qurulan ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi halların daha çox müşahidə olunduğu barədə ətraflı məlumat verilib. Erkən nikahın, eləcə də qan qohumları arasında nikahın mənfi nəticələri, yolverilməzliyi, tibbi, psixoloji və hüquqi aspektləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə mövzu ilə bağlı videoçarxlar nümayiş olunub, bukletlər paylanılıb.

Seçilən
82
naftalan-ih.gov.az

1Mənbələr