AZ

Moskvada müasir Azərbaycan poeziyasına həsr olunan gecə keçirilib

Moskvada M.İ. Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunan "Poeziyanın səsi" adlı tədbir keçirilib.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən və azərbaycanlı müəlliflərin müasir şeirlərinə həsr olunan tədbir "İncəsənət gecəsi" illik aksiyası çərçivəsində baş tutub.

Tədbirdə çıxışı edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə Azərbaycan ədəbiyyatının tarixindən danışıb. Bildirib ki, Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası zəngin tarixə malikdir və bugünkü müasir Azərbaycan poeziyası da dövrümüzün nəbzini tutur, tələbinə cavab verir.

Daha sonra Azərbaycan gəncliyinin dörd nümayəndəsi, Qurban Xalıqverdili, Günel Miriyeva, Rəna Soltanova və Kamal Əliyev öz şeirlərindən və digər müasir müəlliflərin şeirlərindən ibarət proqramla çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, poeziya peşəkar fəaliyyətin tamamilə fərqli sahələri ilə əlaqəli gənc şairləri və oxucuları birləşdirir.

Seçilən
17
1
apa.az

2Mənbələr