“Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.
Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb.
Hökm qalan hissələrdə dəyişdirilməyib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.