AZ

Ukraynada çıxış edən azərbaycanlı futbolçu: "YOXDUR"

“Polessye”nin (Ukrayna) və Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu “Aleksandriya”ya qarşı keçirilmiş görüşü şərh edib:

“Düşünürəm ki, “Krivbass”la kubok matçı (2:1) çox enerjimizi aldı. Uşaqlar 100 faizini verdilər və nəticə də gəldi.

İndi "Aleksandriya” ilə oyunda toparlanmağa çox vaxt qalmayıb. Ona görə də indi ağır məşqlərimiz yoxdur”.

Mustafayevin komandası dünən rəqibinə 0:1 hesabı ilə uduzub. "Polessye" 22 xalla 4-cü pillədədir.

Seçilən
19
sportinfo.az

1Mənbələr