AZ

“Rusiyadan gələn sifarişlə övladımı girov götürdülər, özümü isə həbs etdilər” - ŞOK İDDİA

Binəqədi sakini Azər Alıyev keçmiş polis əməkdaşlarının da təmsil olunduğu “mütəşəkkil dəstə” haqda şok faktları açıqladı

Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Ağayev küçəsi 120, mənzil 15-də yaşayan Alıyev Azər Gülmalı oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynliyə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Ölkədə uzun illər fəaliyyət göstərən, əsas tərkibi Daxili İşlər Nazirliyi orqanından qovulmuş cinayətkar dəstədən təşkil olunan mütəşəkkil qrupun Xəzər rayonu Polis İdarəsinin müstəntiqi Qarayev Rafiqlə sövdələşməsi əsasında Rusiya Federasiyasının vətəndaşı, Xəzər rayonu, Buzovna qəsəbə sakini olmuş İsmayılov İsmayıl Rəşid oğlunun sifarişi ilə 2022-ci il avqust ayının 9-da övladımı girov götürməklə, Xəzər rayon 2 saylı Polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunmuşam.

Həbsimin səbəbi bu mütəşəkkil cinayətkar dəstənin üzvlərinin mənə qarşı törətdikləri dələduzluq və saxta sənədlər təqdim etmələri ilə əlaqədar korrupsiya idarəsinin müstəntiqi Fərhad Məhərrəmova verdiyim məlumat olmuşdur. Xəzər rayon Polis İdarəsinin müstəntiqi Qarayev Rafiqin özünün də dediyi kimi, məni o, həbs etdirmişdir. Bu cinayətkar dəstənin üzvləri - Məlikov Xanlar Ramiz oğlu, Hüseynov Zaur Elbrus oğlu, Süleymanov Elman Firudin oğlu, İsmayılov Rəşid İsmayıl oğlu, Hacıyev Elşən Üzeyir oğlu, keçmiş kapitan Həşimov Mamed, keçmiş mayor Həşimov İlqar Ədalət oğlu, onların 3000 (üç min) manat işə düzəltmək adı ilə pul aldıqları Əliyev Eldar, eləcə də Şahbazov Teymur Adıgözəl oğlu, Meydanov Vaqif Novruz oğlu, Soltanov Mürsəl Əvəz oğlu, Əlizadə Ceyhun Elxan oğlu mütəşəkkil qaydada təşkil etdikləri “terror” nəticəsində mənim ailəm dağılmış, şərəf və ləyaqətim təhqir edilmişdir.

2022-ci ilin may ayında bu dəstənin qatı cinayətkar üzvləri Hüseynov Zaur Elbrus oğlu, Məlikov Xanlar Ramiz oğlu həbs olunduqdan sonar, mənə qarşı törədilmiş cinayətin Xəzər rayonuna heç bir aidiyyatı olmadığı halda, Rusiya vətəndaşı İsmayılov İsmayıl Rəşid oğlunun sifarişi ilə Qarayev Rafiq bu cinayətkarların “şahidliyi ilə” mənə qarşı saxta ittihamnamə tərtib edərək (istintaq müddətində bütün proseslər zamanı vəkilim Quliyev Pərviz Fazil oğlu iştirak etmişdir), Xəzər Rayon Məhkəməsinə göndərmişdir.

Məhkəmənin gedişatı prosesində bu cinayətkarların çıxışları onları müdafiə edən hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən qərəzli şəkildə təşkil olunmuşdur və bu cinayətin təşkil olunmasında iştirak edən Həşimov Mamed, Həşimov İlqar Ədalət oğlu, Soltanov Mürsəl Əvəz oğlu, İsmayılova Sevinc, İsmayılova Gülnarə, Bahar adlı qadın (İsmayılov Rəşid İsmayıl oğlunun tanışı), İbrahim adlı (İbo) “reket”, Məşədi Ağahüseyn dəfələrlə verdiyim vəsatətlərə baxmayaraq, məhkəməyə cəlb olunmamışlar.

Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlunun 31.07.2024-cü il tarixli 1(003)-39/2024 saylı qərarına əsasən, mənə qarşı bu cinayəti təşkil edən Şahbazov Teymur Adıgözəl oğlu, Meydanov Vaqif Novruz oğlu, Əlizadə Ceyhun Elxan oğlunun məhkəmə baxış iclasına məcburi gətirilmələri ilə əlaqədar qərarın verilməsinə baxmayaraq, onlar müdafiə olunduqları Qarayev Rafiqin təşkilatçılığı ilə qəsdən məhkəmədən yayındırılırlar.

İttiham aktı ilə dələduzluq maddəsilə məhkəməyə göndərilən Şahbazov Teymur Adıgözəl oğlunun cinayətinə sonradan Xəzər rayon Polis İdarəsi tərəfindən şübhəli tərzdə xitam verilmişdir.

Cənab Prezident!

Bu mütəşəkkil dəstənin hüquq-mühafizə orqanlarındakı havadarları məhkəmənin gedişatına mane olaraq, hakimin ədalətli hökm çıxarmağına mane olur, bu cinayətkarları mənə qarşı işlətdikləri cinayətin cəzasını qanun qarşısında çəkməkdən yayındırırlar.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə qarşı təşkil olunmuş bu cinayətin təşkilatçıları Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya idarəsinin müstəntiqi Fərhad Məhərrəmovun, Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinin müstəntiqi Rafiq Qarayevin, Daxili İşlər Nazirliyindən qovulmuş, ölkənin iqtisadi həyatında cinayətkarlıqla məşğul olmuş keçmiş polis işçiləri - Məlikov Xanlar Ramiz oğlu, Hüseynov Zaur Elbrus oğlu, Həşimov Mamed, Həşimov İlqar Ədalət oğlu, Süleymanov Elman Firudin oğlu, Soltanov Mürsəl Əvəz oğlu, özlərini DƏDRX-nin əməkdaşları kimi təqdim edən Şahbazov Teymur Adıgözəl oğlu Meydanov Vaqif Novruz oğlu, bu cinayətkar dəstənin üzvləri Hacıyev Elşən Üzeyir oğlu, İsmayılov Rəşid İsmayıl oğlu, Buzovna qəsəbə sakini Məşədi Ağahüseyn və bu cinayətin təşkil olunmasını sifarişini vermiş Rusiya Federasiyasının vətəndaşı İsmayılov Rəşid İsmayıl oğlunun, oğlu İsmayılov İsmayıl Rəşid oğlunun cinayət məsuliyyətinə cəlb olunmaları, qanunauyğun cəza çəkmələri üçün müvafiq orqanlara göstəriş verəsiniz.

Bu şəxslərin hüquq-mühafizə orqanlarının dövlətə, prezidentə xəyanət edən əməkdaşları ilə birlikdə mənə qarşı təşkil etdikləri “terror” nəticəsində məni özümü öldürmə həddinə çatdırmışlar. Mən inanıram ki, Sizin verdiyiniz göstəriş bu cinayətkarların layiqli cəzalarını alması və ədalətin bərqərar olması ilə nəticələnəcəkdir”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
23
hurriyyet.az

1Mənbələr