Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Fulhem” doğma meydanda “Brentford”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, “Fulhem”in hər iki qolunu Harri Uilson oyunun əsas vaxtının təzminat dəqiqələrində vurub.
Beləliklə, 10 turdan sonra 25 xala malik “Liverpul” vahid liderdir. Son çempion “Mançester Siti” 23 xalla ikinci, 19 xala malik “Nottingem Forest” isə üçüncüdür. “Çelsi”, “Arsenal” və “Aston Villa” 18, “Tottenhem” və “Brayton” 16, “Fulhem”, “Bornmut” və “Nyukasl” 15, “Brentford” 13, “Mançester Yunayted” isə 12 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
10-cu tur
2 noyabr
Nyukasl – Arsenal 1:0
Qol: A.İsak, 12.
Bornmut – Mançester Siti 2:1
Qollar: Semenyo, 9. Evanilson, 64 – Qvardiol, 82.
İpsviç Taun – Lester Siti 1:1
Qollar: Devis, 55 – Ayyu, 90+4.
Liverpul – Brayton 2:1
Qollar: Qakpo, 69. Salah, 72 – F.Kadıoğlu, 14.
Nottingem Forest – Vest Hem 3:0
Qollar: Vud, 27. Hadson-Odoi, 65. Aina, 78.
Sauthempton – Everton 1:0
Qol: Armstronq, 85.
Vulverhempton – Kristal Pelas 2:2
Qollar: Larsen, 67. Qomes, 72 – Çaloba, 60. Qehi, 77.
3 noyabr
Tottenhem – Aston Villa 4:1
Qollar: B.Conson, 49. Solanke, 75; 79. Meddison, 90+6 – M.Rocers, 32.
Mançester Yunayted – Çelsi 1:1
Qollar: B.Fernandes, 70-pen – Kaysedo, 74.
4 noyabr
Fulhem – Brentford 2:1
Qollar: H.Uilson, 90+2; 90+7 – Janelt, 24.