AZ

Selena Qomez buna görə arıqlaya bilmir

Sosial şəbəkədə görünüşü ilə bağlı tez-tez tənqidlərə məruz qalan dünya pop səhnəsinin ulduzu Selena Qomez arıqlaya bilməməsinin səbəbini açıqlayıb.

OLAY yazır ki, 32 yaşlı sənətçi bildirib ki, o, bağırsaq xəstəliyindən əziyyət çəkir.

“Bu məni xəstə edir. Məndə kiçik bağırsaq bakteriyasının böyüməsi sindromu var. Zaman-zaman daha da pisləşir. Arıq görünməməyim məni maraqlandırmır. Mənim bədənim belə deyil. Hekayənin sonu. Xeyr, mən qurban deyiləm. Mən sadəcə bir insanam”, - deyə Selena vurğulayıb.

 Selenanın yazdığı sindromun əlamətləri arasında şişkinlik, mədə ağrısı və həzm problemləri var. 

Qeyd edək ki, Selena Qomez uzun müddətdir nadir otoimmün xəstəlikdən - sistemik qırmızı qızartıdan əziyyət çəkir. Xroniki xəstəlik ciddi fəsadlara səbəb olub - 2017-ci ildə ulduzun böyrək transplantasiyasına ehtiyacı yaranıb. Donor onun dostu Fransia Raisa olub.

Seçilən
13
olay.az

1Mənbələr