AZ

ABŞ -dən koreyalı əsgərlərlə bağlı açıqlama

ABŞ Kursk bölgəsində təxminən 10 min Şimali Koreya əsgərini qeydə alıb. 

Onlar yaxın günlərdə döyüşə girə bilərlər. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller keçirdiyi brifinqdə belə deyib. 

“Dövlət katibinin dediyi kimi, Kursk bölgəsinə təxminən 8 min Şimali Koreya əsgəri gəlib. İndi hesab edirik ki, Kursk bölgəsinə 10 minə yaxın adam gəlib və yaxın günlərdə döyüşlərdə iştirak etməyə başlaya bilər”, - deyə Miller bildirib. 

O, Şimali Koreya hərbçilərinin artıq Ukrayna ordusuna qarşı müharibədə iştirak etməsi ilə bağlı şayiələri təsdiq edə bilməyəcəyinə də aydınlıq gətirib. “Lakin Şimali Koreya əsgərləri döyüşə girsələr, onlar qanuni hədəf olacaqlar”,-deyə Miller əlavə edib. 

Seçilən
10
50
cebheinfo.az

10Mənbələr