AZ

AÇG-də yeni 370 milyon dollarlıq proqramın icrasına başlanılıb

Bakı. Trend:

Cari ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında yeni 4-ölçülü(4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqatproqramına başlanılıb.

Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə daircari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatınaistinadən xəbər verir.

Məlumata görə, Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinəyönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr,qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir əraziniəhatə edir.

Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icramüddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri vəmüddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyatakeçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.

Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş işhəcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb.Hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.

Seçilən
13
4
az.trend.az

5Mənbələr