AZ

UEFA Azərbaycan millisinin rəqibini cərimələyib

UEFA Azərbaycan yığmasının Milllətlər Liqasındakı rəqibini cərimələyib.

“İki sahil” xəbər verir ki, Estoniya Futbol Assosiyasına 10000 avroluq cərimə tətbiq edilib.

Buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.

Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.

Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Seçilən
8
8
ikisahil.az

9Mənbələr