AZ

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi təlim keçirib.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Tibb Kollecində “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizlik qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusunda təlim keçirib.

Təlimdə FHN-in cənub regionunda fəaliyyət göstərən müvafiq qurumlarının əməkdaşları və Lənkəran Tibb Kollecinin kollektivi iştirak edib.

Təlim 3 mərhələdən ibarət olub.

Təimin 1-ci mərhələsində Mərkəzin və nazirliyin yerli q urumlarının əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, həmçinin ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair iştirakçılara nəzəri məlumatlar verib, mövzularla bağlı fotoslaydlar nümayiş etdirilib.

Seçilən
0
11
publika.az

10Mənbələr