TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) ilə bağlı məhkəməyə müraciət edilib.
Publika.az tribunainfo.az-a istinadla xəbər verir ki, TƏBİB-lə bağlı iddianı Əliyev Emil Əli oğlu qaldırıb.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. İddiaçı sosial təminat üzrə problem yaşadığı üçün TƏBİB-i məhkəməyə verib.
İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 2 dekabr tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.