AZ

Cənubi Koreya “Meta”nı cərimələdi

Cənubi Koreya “Facebook” və “Instagram”ın sahibi Metanı qanunsuz olaraq istifadəçi məlumatlarını toplayıb reklam şirkətləri ilə paylaşdığına görə təxminən 16 milyon dollar cərimələyib.

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreya Respublikasının Şəxsi Məlumatların Mühafizəsi Komissiyası “Meta”nın fəaliyyəti ilə bağlı dörd illik araşdırma aparıb.

Komissiya “Meta”nın 2018-ci ilin iyulundan 2022-ci ilin martınadək təxminən 980 min “Facebook” istifadəçisinin şəxsi məlumatlarını, o cümlədən dini və siyasi baxışlarını qeyri-qanuni topladığını müəyyən edib.

“Meta”nın istifadəçilərinin izlədiyi səhifələri təhlil edərək topladığı məlumatları təxminən 4 min reklam şirkəti ilə paylaşdığı bildirilib.

Araşdırmalardan sonra Komissiya Metanı təxminən 16 milyon dollar cərimələyib.

Cənubi Koreya 2022-ci ildə Meta-nı istifadəçilərin icazəsi olmadan onlayn davranışlarını izlədiyinə və onların məlumatlarından məqsədli reklamlar üçün istifadə etdiyinə görə 72 milyon dollar cərimələmişdi.

Seçilən
2
2
cebheinfo.az

4Mənbələr