AZ

Ağstafada 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirilib

 Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa DAİM” və “Baytarlıq İdarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatının sədr müavini Elvin Musayev geniş çıxış edərək bildirib ki, qazanılan Qələbə xalqımızın birliyi və Möhtərəm Prezidentimizə olan dərin inamı, əsgər və zabitlərimizin qəhrəmanlığı, igidliyi nəticəsində gerçəkləşdirdi. Bu Zəfərdən sonra Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi.

Tədbirdə çıxış edən natiqlər - “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının üzvləri Raqif Qurbanov, Teymur Sadıqov, “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatının üzvü Səbinə Pirquliyeva və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli Azərbaycan oğullarının igidliklərindən, Vətənlərini canları, qanları ilə sevdiklərindən və bu gün işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq - bərpa işlərinin aparılmasından ətraflı danışıblar.

Seçilən
13
yeniazerbaycan.com

1Mənbələr