AZ

Gəncədən sonra Bakıda da yayılan xəstəliyin qarşısı necə alınmalıdır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhərindəki yaşıllıqların - ağac və kolların kütləvi şəkildə xəstəliklərə tutulması müşahidə olunur.
Bu barədə Baku TV-də yayımlanan süjetdə məlumat verilib.
Qeyd edilib ki, xəstəliklər ən çox Gəncənin simvollarından hesab olunan çinar ağaclarında yayılıb.
Mütəxəssislərin sözlərinə görə, artıq şəhər ərazisindəki çinar ağaclarının 15 faizindən çoxu təhlükə ilə üz-üzədir. Elmi işçi Gülcamal Ələsgərova qeyd edib ki, bu ağaclarda aşkarlanan çinar bağacığı insanlarda da narahatlığa səbəb olur:
"Həmin zərərvericilər çinarın altında kölgələnən insanların üzərinə düşür və onları dişləyərək allergiyaya səbəb olur".
O da bildirilib ki, xəstəliklərin qarşısının alınması üçün ağacların gövdəsi yuyulmalı, ətrafı təmizlənməli, ölkəyə gətirilən əkin materialları dezinfeksiya olunmalıdır.
Daha ətraflı videomaterialda:
Seçilən
2
50
oxu.az

10Mənbələr