AZ

"Global Witness" və BBC-nin COP29-a qarşı birgə hibrid əməliyyatı: Qərbin növbəti "boş" qərəzi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaxın vaxtlarda Azərbaycana, xüsusilə ölkənin COP29-a Sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğası başladılacaq.
"Report"un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, anti-Azərbaycan təbliğatının yeni mərhələsində əsas iştirakçılar Azərbaycana qarşı "ifşaedici" nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı "Global Witness" və Britaniyanın BBC nəşridir.
Bununla belə, "Global Witness"in əməkdaşları qeyri-hökumət təşkilatı kimi yox, daha çox xüsusi xidmət orqanları üslubunda işləyiblər.
Xüsusilə, bu ilin sentyabr ayının əvvəlində COP29-un Azərbaycan komandasına "EC Capital Holdings" Çin investisiya şirkətinin nümayəndəsi müraciət edib ki, guya COP29-un sponsoru olmaq və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) investisiya yatırmaq istəyir. Əslində isə, bu "iş adamı" "Global Witness"in əməkdaşı idi. Onun əsas və yeganə məqsədi Azərbaycanın COP29-a Sədrliyini neft-qaz lobbisi ilə əlaqələndirərək gözdən salmaq idi.
Maraqlıdır ki, investisiya şirkətinin qeydiyyat nömrəsi, saytı var idi, yəni hər şey əvvəlcədən işlənmiş "əfsanəyə" uyğun hazırlanmışdı. COP29 Əməliyyat Şirkətinin nümayəndələri müvafiq sorğunu aldıqdan sonra "EC Capital" ilə danışıqlara başlayıb və tədbirin potensial sponsorluq imkanlarını, eləcə də müxtəlif mövcud sponsor paketlərini müzakirə ediblər. Danışıqlar zamanı müxtəlif əməkdaşlıq variantları nəzərdən keçirilib, lakin tərəflər razılığa gələ bilmədikləri üçün müqavilə bağlanmayıb. Lakin danışıqlar prosesində "investor" COP29-un Azərbaycan komandasını müqavilədən "dayanıqlı inkişaf" və "ekoloji normalara riayət" istinadlarının çıxarılmasını tələb edirdi. O, həmçinin SOCAR nümayəndələri ilə əlaqənin yaradılması üçün kömək istəyib və bu məqsədlə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanova müraciət edib. Sonuncu həmsöhbəti ilə COP29 nümayəndəsi kimi deyil, energetika nazirinin müavini kimi danışdığını qabaqcadan qeyd edərək potensial investorun (əslində "Global Witness" nümayəndəsinin) əlaqə məlumatlarını SOCAR-a göndərib.
"Global Witness"in əsas vəzifəsi COP29 və SOCAR arasındakı əlaqəni göstərmək olsa da, bu əlaqəni COP29 komandasının ekoloji öhdəliklərə "son dərəcə kobud hörmətsizliyi" kimi təqdim etməyi planlaşdırırlar. Həm də bu, SOCAR-ın COP29-un əsas sponsorlarından biri kimi çıxış etməsinə və energetika sahəsində "yaşıl" istiqaməti fəal şəkildə inkişaf etdirərək geniş dekarbonizasiya proqramı həyata keçirməsinə rəğmən baş verir. Beləliklə, Azərbaycan oxucusu yaxın günlərdə "COP29 və neft-qaz lobbisinin sövdələşməsi" və guya "Azərbaycanın COP29 çərçivəsində neft-qaz sazişləri bağlamaq cəhdləri" barədə başlıqlarla qarşılaşacağını gözləməlidir. Əslində isə nə imzalanmış müqavilə, nə də hər hansı konkret "sövdələşmələr" haqqında substantiv danışıqlar - "cinayət tərkibi"nə bənzəyə biləcək heç nə olmayıb. Buna görə də BBC-nin fəal dəstəyi ilə "Global Witness"dən növbəti mənasız informasiyanı səbirsizliklə gözləyəcəyik.
Seçilən
131
50
oxu.az

10Mənbələr