AZ

Ukrayna Dünya Bankı ilə 600 milyon dollar ayrılması üçün müqavilə imzalayıb

Ukrayna hökuməti Dünya Bankı ilə təxminən 600 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutan sazişlər imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib

Onun sözlərinə görə, vəsait kiçik və orta biznesin dəstəklənməsinə, yaşıl keçidə, biznes mühitinin yaxşılaşdırılmasına və rəqəmsallaşmaya sərf olunacaq.

“Layihə 2027-ci ilə qədər nəzərdə tutulub və proqramın planlaşdırılan ümumi məbləği 1 milyard dollardan çoxdur”, o, Telegram kanalında yazıb.

Eyni zamanda, baş nazir bu vəsaitin Kiyevə hansı əsasla veriləcəyini dəqiqləşdirməyib: kredit kimi, yoxsa pulsuz.

Daha əvvəl bildirilib ki, Dünya Bankının Ukrayna üçün yeni fondunun təsisçiləri 10 milyard dollar ayırmağa hazırdırlar.

Seçilən
63
nocomment.az

1Mənbələr