AZ

Qazaxıstan və Fransa arasında 36 yeni əməkdaşlıq sənədi imzalanıb

Qazaxıstan və Fransa arasında 36 yeni əməkdaşlıq sənədi, o cümlədən 2,2 milyard dollarlıq 14 kommersiya sazişi imzalanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə dövlət səfərində olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Xüsusən də Tokayevin Fransa prezidenti Emmanuel Makronla danışıqlarından sonra readmissiya haqqında hökumətlərarası saziş - dövlətlərin başqa dövlətdən qovulmuş vətəndaşlarını geri qəbul etməsinə razılıq verilməsi haqqında saziş imzalanıb.

İmzalanan sənədlər arasında, həmçinin mühüm ehtiyatlar və faydalı qazıntılar üzrə iki dövlət arasında strateji tərəfdaşlığın yol xəritəsi, Qazaxıstanın “Samruk-Kazyna” milli sərvət fondu ilə Fransanın “Société Générale S.A.” maliyyə qrupu arasında strateji əməkdaşlıq haqqında tərəfdaşlıq sazişi də var.

Qazaxıstan Dəmir Yolları ilə Fransız istehsalçısı “Alstom Transport SA” arasında elektrovozlar üzrə əməkdaşlıq haqqında saziş, iki ölkənin ixtisaslaşmış institutları arasında arxeologiya sahəsində əməkdaşlıq haqqında protokol da sənədlər arasındadır.

Tokayev brifinqdə qeyd edib ki, bu yaxınlarda Astanada Fransa İnkişaf Agentliyinin nümayəndəliyi açılıb. “Biz onun işinə maksimum köməklik göstərəcəyik. Biz, həmçinin, logistika infrastrukturu və emal sənayesi, səhiyyə, maliyyə və turizm sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd etdik.”, - deyə o bildirib.

Qeyd edək ki, Tokayev Makronun dəvəti ilə noyabrın 4-də Parisə dövlət səfərinə gəlib. Fransa prezidenti 2023-cü ildə Astanaya səfər etmişdi.

Seçilən
84
50
apa.az

10Mənbələr