AZ

Kraliça vəzifələrindən uzaqlaşdırıldı

Böyük Britaniya kraliçası Kamilla tənəffüs yolları infeksiyası səbəbilə vəzifələrindən uzaqlaşıb.Bu barədə "Reuters” məlumat yayıb.

77 yaşlı kraliçada infeksiya aşkar edən həkimlər ona dincəlməyi şiddətlə tövsiyə ediblər, buna görə də onun iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib. O, bilavasitə krallıq vəzifələrindən qismən geri çəkilib.

"Əlahəzrətin bu həftə öz vəzifəsini tərk etməsinə çox təəssüflənirik, lakin o, vaxtında sağalacağına çox ümid edir”, - Bukinqem Sarayı bildirib.

www.anews.az
Seçilən
23
8
anews.az

10Mənbələr