Əməkdar artist Elnarə Abdullayevanın 4 milyonluq villasının olduğu üzə çıxıb.
Bizimshow.az olay-a istinadla xəbər verir ki, bu barədə Zaur Kamal aparıcısı verilişində deyib.
O, Xalq artisti Zabit Nəbizadəyə bildirib: “Elnarə sizin evinizin yanında villa tikdirib, xəbəriniz var? O evə 4 milyon manat pul sayıb. Bunu alının təri ilə edib”.
Daha sonra aparıcı əlavə edib: “Amma deyəsən sizə villanın tikilməsində köməklik ediblər. Sement, daş, qum veriblər”.
E.Abdullayeva buna etiraz edib: “Kim kömək edib? Mənə sement veriblər? Hərə bir işi görsəydi, bəxtəvər olardım”.