“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask prezident seçkilərin nəticələrini ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla izləyəcək.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Mask gecənin bir hissəsini bir neçə tədbirin baş tutacağı Floridadakı Mar-a-Laqo iqamətgahında keçirəcək.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.