AZ

ÇL: "Liverpul"dan darmadağın, "Real" və "Mançester Siti"dən gözlənilməz nəticə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, turun ilk açılış matçlarında PSV evdə "Jirona"nı, "Dinamo Zaqreb" isə səfərdə "Slovan Bratislava"nı darmadağın edib - 4:0 və 1:4.
Daha yeddi qarşılaşma gecəyarısı keçirilib və sürpriz nəticələr qeydə alınıb.
"Bolonya" - "Monako" matçında qonaqlar qalib gəliblər - 0:1. "Borussiya Dortmund" da "Şturm Qras"ı minimal hesabla üstələyib - 1:0. "Seltik" evdə "Leypsiq"i məğlub edib - 3:1.
"Lill" doğma meydanda "Yuventus"la sülh bağlayıb. Tərəflər hərəyə bir dəfə fərqlənməklə kifayətləniblər - 1:1.
"Liverpul" - "Bayer Leverkuzen" qarşılaşmasında meydan sahiblərinin mütləq üstünlüyü nəzərə çarpıb. Mersisaydlılar rəqiblərinin qapısında 4 cavabsız top keçiriblər - 4:0. Diaz het-trik edib.
"Real Madrid" "Milan"la qol duelinə çıxıb. Matç bir çoxları üçün sürpriz sayılacaq nəticə ilə bitib. Belə ki, Kral klubu doğma meydanda məğlub olub. Görüş 1:3 hesabı ilə rossonyerilərin xeyrinə başa çatıb.
"Sportinq" öz azarkeləri önündə "Mançester Siti" qarşısında geridönüş edib. Matçda hesabı qonaqlar açsalar da, portuqallar ardıcıl qollarla matçın taleyini dəyişməyə və "şəhərlilər"i darmadağın etməyə müvəffəq olublar - 4:1.
Seçilən
2
36
oxu.az

10Mənbələr