Bakı. Trend:
Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinəqızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilənəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiyaaktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 NoyabrZəfər günü ilə əlaqədar yığıncaq keçirilib.
Trend xəbər verirki, tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşapay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarınışərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar,həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş müəssisəninişçiləri iştirak edirdi.
Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canındankeçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması iləbaşladı.
Birliyin direktoru Amin Əliyev çıxış edərək Müzəffər Ali BaşKomandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətliordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaqtorpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixihadisə adlandırdı:
“Bu gün biz hər birimiz 3000-ə yaxın şəhid versək çoxqürurluyuq. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığıməqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə babatorpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan,çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdəntəmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz.Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədəgecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq.Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizinermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasınabaxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün,hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürurduyuruq” deyə A.Əliyev əlavə edib.
Sonra çıxış edən müəssisənin direktor müavini Bağban Nəbiyev 4il bundan qabaq xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruqkimi birləşərək torpaqların azad olunması uğrunda qalxdıqları haqqsavaşından, müharibənin ən ağır günlərində ordu-xalq vəhdətindən,həmin şərəfi günlərdə istər hərbiçilərimizin, istərsə də arxacəbhədə qorxmadan, çəkinmədən gecə gündüz çalışan insanlarınmərdliyindən, rəşadətindən danışdı. Müəssisənin direktor müaviniEtibar Qasımov vurğuladı ki, həmin günlərdə Gəncə və digər şəhər vərayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomda vəraket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hər kəsöz bacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstəkgöstərdi. Gəncə avtomobil zavodu İB-də rəhbərlik başda olmaqlabütün kollektiv əl-ələ verərək öz vəzifə borclarını yerinəyetirdi.
Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncəavtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli bütün qazilərvə veteranlar, o cümlədən də müharibə iştirakçiları adındanmüəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığınıbildirdi. O əlavə etdi ki, Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbimütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyənhərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizinmərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütünxalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başınıəzib.
Birliyin baş mühəndisi, 1-ci Qarabağ veteranı FaxrəddinSüleymanov cıxış edərək 44 günlük müharibədə müasir silahlarla vəhərbi texnika ilə təchiz edilən Azərbaycan ordusunun rəşadətindəndanışdı. Onun sözlərinə görə həm 1-ci Qarabağ müharibəsində, həm də2-ci Qarabağ savaşında Azərbaycan xalqı öz döyüşkənliyini,mübarizliyini bütün dünyaya sübut etdi.
Birliyin direktoru Amin Əliyev bir daha Zəfər günü münasibətiləveteranları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlararzu etdi. O, vurğuladı ki, istər 1-ci, istərsə də 2-ci Qarabağmüharibəsi veteranları, qazilər, şəhid ailələri daim dövlətimizin,prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Müəssisəmizinveteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyüksevinci, qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşındadaim hörmətlə anılacaqlar.
8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindənmüəssisənin bütün qaziləri, veteranlari və müharibə iştirakçilarımükafatlandırılıb.
Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.