AZ

Ceyhun Bayramov TDT Nazirlər Şurası iclasında COP29-a hazırlıq barədə məlumat verib (FOTO)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk_DövlətləriXarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.

Trend xəbərverir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeydedilib.

Nazir çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsindəiqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar, enerjitəhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdəəməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatıngücləndirilməsi ilə bağlı təşəbbüs və fikirlərinə toxunub.

Həmçinin COP29-a hazırlıq barədə danışıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Ceyhun
Seçilən
124
18
az.trend.az

10Mənbələr