AZ

Xarici KİV: ABŞ-də vətəndaş müharibəsi başlaya bilər

ABŞ-də prezident seçkilərindən sonra vətəndaş müharibəsi başlaya bilər.

Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, bu barədə Iran Press Agentliyi bildirib.

Bəyan edilib ki, ABŞ sakinləri prezident seçkilərindən sonra ölkədə baş verə biləcək ümummilli silahlı qarşıdurma təhlükəsindən getdikcə daha çox narahat olurlar.

Nəşrin aydınlaşdırdığı kimi, hazırda Amerika cəmiyyətində “odlu silahlar kitablardan daha əlçatandır”. Digər şeylərlə yanaşı, Amerika indi siyasi zorakılıq dövrünü yaşayır.

Agentliyin müəllifləri həm Kamala Harrisin, həm də Donald Trampın radikal tərəfdarlarının seçkilərin nəticələri fonunda siyasi sui-qəsdlərə və vətəndaş müharibəsinə əl ata biləcəyini etiraf etdiklərini vurğulayıblar.

Seçilən
7
medianews.az

1Mənbələr