Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlsə, bu gün Rusiya dövlət başçısı Vladimir Putinə zəng edə bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.
Bildirilir ki, eyni zamanda, Ukraynada müharibə ilə bağlı gələcək danışıqlara dair müzakirələr 2025-ci ilin ilk aylarında başlaya bilər.
Qeyd olunur ki, Ukrayna ştatlarda səsvermənin gedişini diqqətlə izləyir. Tramp administrasiyası Ukraynaya daha çox hərbi yardım göstərilməsinin əleyhinə ola bilər ki, bu da onun Rusiya ilə mübarizəni davam etdirmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Daşqın HəsənovMissiya.Az