AZ

“Buna görə burnumu 3 dəfə əməliyyat etdirdim”

Müğənni Sevil və Sevinc Səfərova bacıları illər əvvəl keçirtdikləri plastik əməliyyatlardan söz açıb.

OLAY yazır ki, bu haqda əkizlər qonaq olduqları “Xəbərin var?” maqazin verilişində danışıb.

Sevinc bir dəfə, Sevil isə üç dəfə “rinoplastika” yəni burun əməliyyatını etdirdiyini açıqlayıb.

“Üç dəfə burnumdan əməliyyat olunmuşam. Burun əməliyyatımdan 3-4 ay keçmişdi, efirə çıxırdıq. Mən Sevil canlı efirə keçəndə şüşəni görməmişdim. Burnum dəydi amma qanamadı. Amma başımın üzərində fırlanan “ulduzları” gördüm (gülür). Burnumun üstündə çat əmələ gəldi. Get-gedə başladı genişlənməyə. Həkim mənə dedi ki, klapan qoyulmalıdır. Elə də etdi. Amma sonra makiyaj zamanı həmin klapan görsənməyə başladı. Ona görə də getdim 3-cü dəfə estetik əməliyyat etdirdim. Beləcə problemin aradan tam olaraq qalxdı”.

Seçilən
74
2
olay.az

3Mənbələr