ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Respublikaçılar Partiyasından Amerika liderliyinə namizəd Donald Trampı ölkənin seçilmiş prezidenti kimi təqdim edib.
"Donald Tramp indi bizim seçilmiş prezidentimizdir. O, Amerika xalqı tərəfindən düşdüyümuz hazırki şəraitdə ölkəyə rəhbərlik etmək üçün seçildi"-o qeyd edib.
Conson əlavə edib ki, Respublikaçıların qələbəsi sayəsində Birləşmiş Ştatlar yenidən ümidlənib. Spiker vurğulayıb ki, Nümayəndələr Palatasındakı respublikaçılar Trampın siyasətini həyata keçirmək üçün təcili tədbirlər görməyə hazırdırlar.
ABŞ-də prezident seçkilərində səsvermə başa çatıb. Ağ Evin keçmiş rəhbəri Donald Tramp (Respublikaçılardan) və hazırkı vitse-prezident Kamala Harris (Demokratlardan) bu vəzifə üçün mübarizə aparır. Yerli media artıq Trampın səsvçoxluğü əldə etdiyini yazıb. Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir.
Tural