Bişkekdə Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısının yekunu olaraq 8 sənəd imzalanıb.
"Operativ Media" xəbər verir ki, imzalanmış sənəd aşağıdakılardır:
- 11-ci Türkdilli Dövlətlərin Sammitinin Bəyannaməsi.
- “Türk dünyasının yaşıl baxışı: dayanıqlı gələcəyin birliyi” barədə Qərar.
- 2025-ci il üçün Bişkek şəhərinin Türkdilli Dövlətlərin Təşkilatının Rəqəmsal Paytaxtı elan edilməsi haqqında Qərar.
- Macarıstanın Baş naziri Viktor Orbana “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi barədə Qərar.
- Türk Dünyası Xartiyasının qəbul edilməsi barədə Qərar.
- Türkdilli Dövlətlərin Təşkilatının Baş katibinin müavinlərinin təyin edilməsi barədə Qərar.
- Türkdilli Dövlətlərin Təşkilatının Daimi Nümayəndələri haqqında Nizamnamə barədə Qərar.
- Türk əməkdaşlıq təşkilatlarının bayraqları barədə Qərar.