AZ

Üç milyon insan buna görə Sudanı tərk edib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Sudanda vətəndaş müharibəsinin başladığı 2023-cü ilin aprelindən bu yana ölkəni tərk edənlərin sayının 3 milyona çatdığını və daha çox insanın ölkə daxilində didərgin düşdüyünü bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Qrandi Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri (HDK) arasında davam edən vətəndaş müharibəsinin səbəb olduğu yerdəyişmələrlə bağlı “X” hesabında paylaşım edib.

“2023-cü ilin aprelində vətəndaş müharibəsi başlayandan bəri Sudanı tərk edənlərin sayı 3 milyona çatıb” deyən Qrandi bəyan edib ki, Sudanda “üstlük” uğrunda mübarizə aparan tərəflər xalqın öz ölkələrini tərk edərək didərgin düşməsinə səbəb olub.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr