AZ

Tramp Çinə “müharibə” elan etdi - Bu, dünyada ciddi narahatlıq doğurur

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-da keçirilən seçkilərdə qalib gəldi. O, hələ seçki günündən öncə açıqlamışdı ki, qalib gələcəyi təqdirdə Çinə “vergi bombardmanı” tətbiq edəcək.

Publika.az xəbər verir ki, Trampın qələbəsi ilə ABŞ-ın xarici siyasətində diqqətin Çinə yönələcəyi gözlənilir.

Seçiləcəyi təqdirdə Ukrayna-Rusiya müharibəsinə son qoyacağını da vəd edən Tramp daha əvvəl xüsusilə Çinə qarşı ticarət tariflərini əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb.

ABŞ-ın istehsalını artırmaq məqsədi güdən Tramp demək olar ki, bütün idxallara 10 faizdən 20 faizə qədər adi tariflər və Çindən gələn mallara 60 faiz və ya daha çox tariflər tətbiq etmək planlarını bəyan edib.

O, hətta Çinin Tayvanı işğal edəcəyi təqdirdə Pekini vergilərlə “bombalayacağının” vədini verib.

Seçilən
35
publika.az

1Mənbələr