AZ

Qırğızıstan ilk dəfə COP29-da öz milli pavilyonunu təqdim edəcək

Bişkek. Trend:

Bu il Qırğızıstan ilk dəfə olaraq COP29-da öz pavilyonunu təqdimedəcək. Bu isə ölkənin nailiyyətlərini daha geniş şəkildə nümayişetdirmək və beynəlxalq tərəfdaşlarla görüşmək imkanı verəcək.

Trend xəbərverir ki, bunu Qırğızıstanın təbii sərvətlər, ekologiya və texnikinəzarət naziri Meder Maşiyev ABŞ-ın Qırğızıstandakı səfiri LesliViqeri ilə görüşdə deyib.

Söhbət zamanı iqlim dəyişikliyi və noyabrın 11-dən 22-dək Bakıdakeçiriləcək qarşıdan gələn COP29-da hər iki ölkənin iştirakıməsələlərinə toxunulub.

Səfir öz növbəsində qeyd edib ki, ekoloji problemlər və iqlimdəyişikliyi qlobal səviyyədə getdikcə aktuallaşır.

Tərəflər əməkdaşlığı gücləndirməyə qarşılıqlı hazır olduqlarınıbildirib və qarşıdan gələn tədbirlə bağlı planlarınıbölüşüblər.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

1Mənbələr