Bakı. Trend:
Maksim Tank adına Belarus Dövlət Pedaqoji UniversitetindəDiasporla İş üzrə Dövlət Komitəsinin texniki-təşkilati dəstəkgöstərdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilənar bayramı qeyd olunub.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bayramda Belarusun Din və millətlər üzrəsəlahiyyətli nümayəndəsi Aleksandr Rumak, Belarus Azərbaycanİcmaları Konqresinin üzvləri, Azərbaycanın BelarusdakıSəfirliyinin, BMT-nin Belarusdakı Nümayəndəliyinin, TürkmənistanınBahar Mədəniyyət və Təhsil Fondunun təmsilçiləri, UNİCEF-inBelarusdakı nümayəndələri və universitet tələbələri iştirakedib.
Tədbirin təşkilində məqsəd Azərbaycanla Belarus xalqlarıarasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığıgücləndirmək, həmçinin universitetin qarşıdan gələn 110 illiyiniqeyd etməkdir.
Azərbaycan icmasının nümayəndələri mədəniyyətimiz haqqındaqonaqlara ətraflı məlumat verib.
"Bizim dostluğumuz ölkədə sabitləşdirici amildir," – deyəBelarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi AleksandrRumak qeyd edib.
Universitetin rektoru Aleksandr Juk təhsil müəssisəsinin elm,təhsil və mədəniyyət sahələrində Azərbaycan ilə sıx əməkdaşlıqetdiyini, burada Azərbaycan dili mərkəzinin açıldığını, 2014-cüildə isə Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyətimərkəzinin yaradıldığını diqqətə çatdırıb.
Bayram tədbirində universitetin yaradıcı kollektivi konsertproqramı ilə çıxış edib, milli rəqslər nümayiş olunub, həmAzərbaycan, həm də Belarus dillərində şeir və mahnılarsəsləndirilib. Tədbirdə, həmçinin Azərbaycanın görkəmli rəssamıToğrul Nərimanbəyovun nar təsvirli rəsmlərindən ibarət sərgi təşkilolunub.
Nar bayramı yerli mətbuatda işıqlandırılıb:
https://minsknews.by/prazdnik-granata-otmetili-v-bgpu-rasskazyvaem-kak-eto-bylo/